Dünya futbolu

Bu klub Superkubokdan imtina etdi: Səbəb bəllidir  

“Əl-Hilal”ın Səudiyyə Ərəbistanı Superkubokunda iştirakdan imtina dib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Səbəb kimi komandanın Klublararası Dünya Çempionatında iştirak etdiyi üçün futbolçuların yorğun olması əsas gətirilib.

Üstəlik, bildirilir ki, komanda Superkubokda iştirak etsə, futbolçulara 21 günlük məzuniyyət verilməyəcək ki, bu da Oyunçuların Peşəkarlığı və Statusu Qaydalarının əlavələrində yer alan məcburi müqavilələrin (5.6) bəndini pozur.

Aut.az