Dünya futbolu

Qışda Avropaya qayıdır: Ya “Milan”, ya da…

Cənubi Koreya futbolunun əfsanəsi Son Hın Min 2026-cı il dünya çempionatı öncəsi fiziki hazırlığını qorumaq üçün icarəyə getməyi düşünür.

2025-ci ilin yayında Son, 10 il oynadığı “Tottenhem”dən ayrıldı və MLS-də “Los-Anceles”ə qoşuldu. Son burada artıq liqadakı ilk 10 oyununda 9 qol vurub.

Aut.az xəbər verir ki, MLS-də mövsüm Avropanın ən yaxşı liqalarından fərqlənir və pley-off mərhələsi dekabrın 6-da MLS Kubokunun finalı ilə yekunlaşacaq. Bundan sonra komandalar uzunmüddətli fasiləyə gedəcək. Koreyalının 2026-cı ilin yayında keçiriləcək DÇ-yə  daha yaxşı hazırlaşmaq üçün icarə əsasında Avropaya qayıtmaqda maraqlı olduğu barədə xəbərlər yayılıb.

“Transferfeed.com” saytının məlumatına görə, Sonun bu qış karyerasını davam etdirməsi üçün “Milan” və “Tottenhem” mümkün variantlar arasındadır.

Aut.az