“Milan”ın 2 mövsümlük həsrəti bitdi
“Milan” 2023/24 mövsümündən sonra ilk dəfə İtaliya çempionatında yeganə liderliyi ələ keçirib.
Aut.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Hazırda “rossonerilər” 7 oyundan sonra 16 xala malikdir və “İnter”, “Napoli” və “Roma”nı bir xal qabaqlayır.
“Milan” sonuncu dəfə lider olduğu 2023/24 mövsümünün 8-ci turda 21 xal toplayıb. Həmin vaxt komanda ikinci pillədə qərarlaşan “İnter”i 2 xal qabaqlayırdı.
Aut.az
