İtaliya

Etiraf etdi: Ronaldonun transferinə qarşı olduğu üçün istefa verib

“Yuventus”un keçmiş icraçı direktoru, hazırda “İnter”in baş direktoru olan Cüzeppe Marotta maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o,  18 illik fəaliyyətdən sonra 2018-ci ildə “Yuventus”u tərk etməsinin səbəbini açıqlayıb. Klubun hücumçu Kriştiano Ronaldonu transfer etməsinə qarşı çıxdığını etiraf edib:

“Etiraf etməliyəm ki, “Yuventus”da 18 gözəl il keçirmişəm. Lakin sahiblər fərqli inkişaf strategiyası qəbul etmək qərarına gəldikdə, menecer geri addım atmalıdır.

Klubun istəklərinə hörmətlə yanaşmaq ədalətli idi. Ronaldonun transferi ilə qismən razılaşmadım. Mən bu oyunçunun səviyyəsi ilə mübahisə etmirəm, amma müqavilə maliyyə baxımından çətin idi. Parçalanmaya səbəb olan elementlər az deyildi. Bir dövr başa çatdı və biz iş yerimizi dəyişməli olduq”.