İtaliya

Bu sözlərlə nəyə eyham vurub?

“Roma”nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Mən dostlarla, qohumlarla, jurnalistlərlə danışmıram. Əgər bir neçə ay əvvəl baş direktorumuz Berardi mənim qalacağıma əmin olduğunu söyləyibsə, bu, onun şərhidir. Əgər bu dəfə cənab Dzazzaroni (jurnalist) onun dediyini deyibsə, bu da onun yozumudur, amma mən heç kimlə danışmamışam.

Situasiya aydındır, müqavilə baxımından mənim hələ bir ilim var. Amma futbol futboldur, bəzən müqavilə ən önəmli element olmur. Hər şey qaydasındadır, hər şey sakitdir, növbəti oyun həmişə ən vacib oyundur”, – deyə “Metro” Mourinyodan sitat gətirib.

Aut.az