Ərəblərin milyonları onu yoldan çıxara bilmədi
Texniki direktor Piero Auzilio “İnter”də qalmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, o. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan gələn təklifini rədd edib. Bu barədə jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin yazdığına görə, “Əl-Hilal” 50 yaşlı italiyalı mütəxəssisə illik 10 milyon avro məvacib təklif edib. Lakin Auzilio hazırkı klubunu tərk etməməyə üstünlük verib. Onun xidmətinə maraq göstərilməsinin səbəblərindən biri də yayda “İnter”in sabiq baş məşqçisi Simone İnzaginin “Əl-Hilal”a keçidi olub.
Auzilio “İnter”də 1998-ci ildən çalışır (2004/05 mövsümündə bir illik fasilə ilə) və 2014-cü ilin fevralından texniki direktor vəzifəsini tutur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Aut.az
