İngiltərə

Əfsanə Tuxeli tənqid etdi: Onlarsız dünya çempionu olmayacaqlar

“Mançester Yunayted” və İngiltərə millisinin əfsanəsi Pol Skoulz baş məşqçi Tomas Tuxeli tənqid edib.

Aut.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin oktyabr yığmanın toplanışına Cud Bellingem, Cek Qriliş və Fil Fodeni çağırmamaq qərarından narazı qalıb:

“Bir az təəccübləndim. Bu üç futbolçu onun heyətində olmalıdır və onlar dünya çempionatında da komandanın tərkibində olacaqlar.

Əgər indiki heyətə baxsaq, demək olar ki, onların dünya çempionatını qazanmaq şansı yoxdur. Hətta bu üç oyunçu ilə belə bu hələ də çətin tapşırıqdır, amma kuboku qazanmaq ehtimalını artırır.

Cud Bellingem bir müddət oynamadı, amma indi formadadır, ona görə də mən onu geri qaytarardım. Tomas Tuxelin dünya çempionatına qədər çox oyunu qalmayıb. Qarşıda yalnız noyabr və mart toplanışları var, sonra isə artıq turnir başlayır. Ona görə də bu futbolçular meydanda olmalıdır”.

Aut.az