Daha bir fiasko: “Yunayted” onu gülünc qiymətə satır
“Mançester Yunayted” Rasmus Heylundu 30 milyon funta satmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hücumçunun potensial gedişini Benjamin Şeşkonun transferi ilə əlaqələndirmək olar.
Heylund 2023-cü ildə 74 milyon avro+ 10 milyon avro bonus qarşılığında imzalanıb.
Bununla belə, o, ötən mövsüm Premyer Liqada 32 matçda cəmi 4 qol vuraraq zəif təsir bağışlayıb.
Aut.az
