Ekitikeni vətənində qəbul etmədilər: İkinci seçim olmayacağıq
Kamerun yığmasının baş məşqçi Mark Bric Yuqo Ekitikeyə dəvət göndərmək fikrində deyil.
Daha əvvəl “Liverpul”un yeni futbolçusunun Fransa yığmasının sentyabr matçları üçün heyətinə daxil edilmədiyi bildirilirdi.
Aut.az xəbər verir ki, 23 yaşlı forvard hələ də valideynlərinin ölkəsi olan Fransa və Kamerun yığmalarına çağırılmaq hüququna malikdir. O, daha əvvəl Fransanın gənclər komandalarında çıxış edib, ümumilikdə 11 oyuna çıxıb.
Kamerun yığmasının baş məşqçisinə mətbuat konfransında Ekitikenin milliyə çağırılmaması ilə bağlı sual verilib.
“Mən onunla danışmadım. O, Fransa yığmasında oynamaq üçün hər şeyi etdi və bacarmadı. İndi də biz, Kamerun, onun ikinci seçimiyik? Mən onun ikinci seçimi olmağımızı istəmirəm.
O, yaxşı oyunçudur, məsələ bu deyil. Qeyd olunan vəziyyətdə o, bura gəlməyə layiq deyil”,- Bric bildirib.
Aut.az
