Özü açıqladı: Mövsümn sonunda ayrılır
Müdafiəçi Kiran Trippier cari mövsümün sonunda “Nyukasl”dan ayrılacağını açıqlayıb.
Aut.az xəbər verir ki, klubun mətbuat xidməti oyunçunun sözlərini sitat gətirib:
“Dörd il yarımdan sonra bu gözəl klubdan ayrılmağın vaxtı gəldi. Özümü ən çox evdəki kimi hiss etdiyim yer bura idi. Bu, çox emosional bir andır və mən bunun üçün həqiqətən də darıxacağam.
Azarkeşlərə, Eddi Houya, məşqçilər heyətinə və pərdəarxası işlərdə çalışan komandaya təşəkkür edirəm. Məşqçi mənə iki dəfə etibar etdi, bu möhtəşəm klubu təmsil etmək və onun kapitanı olmaq imkanı verdi və ən əsası, kuboku qazanmağı bacardıq”.
Trippier “Nyukasl”da 157 oyun keçirib, d4 qol vurub və 29 məhsuldar ötürmə edib. O, klubla İngiltərə Liqa Kubokunu qazanıb.
Aut.az
