Suares üçün əlamətdar qol
“İnter Mayami” və Uruqvay millisinin hücumçusu Luis Suares karyerasının 600-cü qolunu vurub.
Aut.az xəbər verir ki, bu, MLS çərçivəsində “Atlanta Yunayted”lə keçirilən oyunda (4:0) baş verib. 38 yaşlı forvard 61-ci dəqiqədə fərqlənib.
Suares “İnter Mayami”də ümumilikdə 42 qol vurub. Onun digər klublardakı göstəriciləri belədir: “Barselona”da – 198 qol, “Ayaks”da – 111, “Liverpul”da – 82, Uruqvay millisində – 69, “Atletiko”da – 34, “Qremio”da – 29, “Nasional”da – 20, “Qroningen”də – 15 qol.
Luis Suares 2024-cü ilin yanvarından “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi cari ilin sonunadək qüvvədədir.
Aut.az
