Digər

Qadın idmançı həm dünya rekordunu qırdı, həm də tarixə düşdü

Amerikalı üzgüçü Qretçen Uolş ABŞ-ın Karmel şəhərində keçirilən qısa məsafələr üzrə Üzgüçülük Dünya Kuboku mərhələsində 50 metr batterflay növündə həm dünya, həm də şəxsi rekordunu yeniləyib.

Aut.az xəbər verir ki, idmançı məsafəni 23,72 saniyəyə qət edərək tarixdə bu məsafəni 24 saniyədən az zamanda üzən ilk qadın olub.

Uolş əvvəlki rekordu 2024-cü ilin dekabrında Budapeştdə keçirilən qısa məsafələr üzrə dünya çempionatında müəyyənləşdirmişdi. Həmin vaxt onun nəticəsi 24,02 saniyə idi.

22 yaşlı Uolş ikiqat Olimpiya çempionu, 2024-cü il Paris Oyunlarının gümüş mükafatçısı, dördqat dünya çempionu və çoxsaylı dünya birinciliklərinin medalçısıdır.\

Aut.az