İbrahimoviç: Barselonaya köçməyi arzulayırdım, amma bir il sonra…
Keçmiş ulduz hücumçu, hazırda “Milan”ın baş müşaviri olan Zlatan İbrahimoviç maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, həyatdakı xoşbəxtlik anlayışı barədə fikirlərini bölüşüb:
“Ola bilsin ki, normal səviyyədə pulun varsa, yaxşı bir həyat yaşaya bilərsən. Amma bu günkü standartlara görə normal pul nədir? Mən hər iki tərəfi görmüşəm: kasıb ailədə doğulmuşam, atam ayda min avro qazanırdı və biz bu pulu bölüşdürməli idik. Bu onun pulu idi, amma lazım olanda mənimlə paylaşırdı. Amma həmin dövrdə mən xoşbəxt idim. Bəs problem nə idi?
Xoşbəxtlik… Bu nə deməkdir? İndiki anda xoşbəxtəm, amma 10 dəqiqə sonra hər şey dəyişə bilər. Ona görə də əhəmiyyətli olan yalnız anlar özüdür. Pul həyatı asanlaşdırır, amma düşünmürəm ki, səni daha xoşbəxt edəcək. Mənim üçün önəmli olan anlardır. Mən Barselonaya köçməyi arzulayırdım, amma bir il sonra bu bir kabusa çevrildi. Belə anlar var”.
Aut.az
