III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət sablya millisi gümüş medal qazandı
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət birinci komandası III MDB Oyunlarında gümüş medal qazanıb.
Aut.az xəbər verir ki, yığma finalda Rusiya ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan (35:45) komanda gümüş mükafatla kifayətlənib.
Azərbaycanın ikinci komandası isə yarımfinalda uduzaraq bürünc mükafata sahib çıxıb.
