Formula 1

“Günün sürücüsü” seçilməsinə ironik reaksiya verdi

İkiqat Formula 1 çempionu, “Aston Martin” komandasının 44 yaşlı ispaniyalı pilotu Fernando Alonso Sinqapur Qran Prisində yeddinci yeri tutduqdan sonra “Günün pilotu” seçilməsinə ironik şərh verib.

Aut.az xəbər verir ki, “Formula Directa”nın sosial media hesabından verilən məlumata görə, Alonso deyib:

“Bəzən siz 20-ci yerdə başlayırsınız, altıncı olursunuz və “Günün Sürücüsü” mükafatı birinci başlayan və üçüncü olan şəxsə verilir. Ona görə də çox təəccüblənirəm”.

Almaniyanın “Mercedes” komandasının lideri, 27 yaşlı britaniyalı pilot Corc Rassel Sinqapur Qran Prisinin qalibi olub. Maks Ferstappen ikinci, Lando Norris isə üçüncü olub.

Aut.az