Ferstappen karyerasını başa vurmaq istəyir?
“Red Bull” pilotu Maks Ferstappen maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, 2028-ci ildə hazırkı müqaviləsi başa çatdıqdan sonra “Formula 1″də qalıb-qalmayacağına hələ qərar vermədiyini bildirib.
“2028-ci ildən sonra “Formula 1”-də iştirak edəcəyimə əmin deyiləm. Bu, əsasən yeni bolidlərin necə olacağından və mənim rəqabət qabiliyyətimdən asılı olacaq. Amma ən vacibi, həmin bolidlərin idarəolunma hissi və onlarla yarışmağın nə dərəcədə maraqlı olacağıdır.
Hazırda “Formula 1″də mövsüm 24 Qran-pridən ibarətdir, amma mənim artıq yeni layihələrim var: GT3-də öz komandam və simulyator yarışlarında (simreysinq) bir komanda. “Formula 1″dən kənarda da məşğul olduğum və maraqlandığım bir çox sahələr var.
Əgər dayanıb “Formula 1″-i tərk etmək qərarı versəm, bu idmandan kənarda da mənim üçün kifayət qədər maraqlı yarış imkanları olacaq. Ailəni də unutmuram”, – deyə üçqat dünya çempionu vurğulayıb.
Aut.az
