Dünya futbolu

Onları tanıyır, adları ilə çağırır

PSJ-nin qapıçısı Serxio Riko bir həftə əvvəl komadan çıxıb.

Aut.az xəbər verir ki, onun durumu getdikcə yaxşılaşır. Həyat yoldaşının verdiyi məlumata görə, ispaniyalı yaxınları ilə ünsiyyət qurur.

“Səhhəti yaxşılaşır. Serxio danışır. Adımızla çağırır, bizi mükəmməl tanıyır və yaxşı yaddaşa malikdir. Ümid edirəm ki, o, yaxın vaxtlarda reanimasiyadan köçürüləcək, amma həkimlər onun səhhətindən əmin olmalıdırlar, ona görə də qərar hələ verilməyib. Biz onlara tam etibar edirik.

Riko zədə anını xatırlayırmı? Düşünmürəm, amma o, hər şeyi xatırlayana qədər gözləməliyik. Hazırda biz çalışırıq ki, o özünü yaxşı və sakit hiss etsin”.

Aut.az