DÇ-2026-da “gözə girdi” – Nəhənglərin mübarizəsi başladı
“Roma”nın yarımmüdafiəçisi Neyl Əl-Aynaui iki İngiltərə nəhəngi – “Mançester Yunayted” və “Liverpul”un diqqətini cəlb edib.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
25 yaşlı futbolçu ABŞ, Kanada və Meksikada keçirilən hazırkı Dünya Kubokunda Mərakeş millisində möhtəşəm çıxış edir. Mənbənin məlumatına görə, ciddi təklif alınacağı təqdirdə “Roma” mərakeşlini saxlamayacaq.
El Aynaoui bir il əvvəl “Lans”dan “Roma”ya 23,5 milyon avroya keçib. Zədələrə baxmayaraq, o, Roma klubunda 34 oyun keçirib, iki qol vurub, iki məhsuldar ötürmə edib və altı sarı vərəqə alıb.
Aut.az
