İspaniya

Vinisius, Qavi… – Görün “Real”la “Barsa”nın ulduzları nə qədər ucuzlaşıb

Məşhur “Transfermarkt” saytı La Liqa oyunçularının qiymətlərinin aralıq yeniləməsini dərc edib.

Aut.az xəbər verir ki, ən çox ucuzlaşanlar “Real”ın hücumçusu Vinisius Junior və “Barselona”ın yarımmüdafiəçisi Qavi olub . Hər iki oyunçunun qiymətləri 20 milyon avro düşdüb.

Onların ardınca dəyəri 15 milyon avro azalan “Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo gəlir.

Qiyməti ən çox ucuzlaşan 10 futbolçu:

Vinisius Junior (Real Madrid) – 150 milyon avro (- 20 milyon avro).

Qavi (Barselona) – 40 milyon avro (- 20 milyon avro).

Ronald Arauxo (Barselona) – 35 milyon avro (- 15 milyon avro).

Rodriqo Qoyas (Real Madrid) – 80 milyon avro (- 10 milyon avro).

Eduardo Kamavinqa (Real Madrid) – 50 milyon avro (- 10 milyon avro).

Markus Reşford (Mançester Yunayted/Barselona) – 40 milyon avro (- 10 milyon avro).

Raul Asensio (Real Madrid) – 30 milyon avro (- 10 milyon avro).

Takefusa Kubo (Real Sosyedad) – 30 milyon avro (- 10 milyon avro).

Eder Militao (Real Madrid) – 30 milyon avro (- 10 milyon avro).

Lukas Beltran (Valensiya) – 10 milyon avro (- 8 milyon avro).

Aut.az