Messili “İnter Mayami” büdrədi
MLS-in müntəzəm çempionatında bu gecə keçirilən “Toronto” – “İnter Mayami” oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Aut.az xəbər verir ki, ev sahiblərinin qolunu Corce Mixayloviç vurub. Florida klubunun heyətində isə Tadeo Allende fərqlənib.
Komandanın kapitanı Lionel Messi qarşılaşmanın bütün oyunu meydanda olsa da, heç nə ilə yadda qalmayıb.
Aut.az
