Həbsdə qalası oldu: Məhkəmə hesab edir ki…
Amsterdam məhkəməsi “Spartak”ın keçmiş hücumçusu Kvinsi Promesi həbsdə saxlamaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Mənbənin sözlərinə görə, məhkəmə hesab edir ki, futbolçunun xaricə qaçması riski də daxil olmaqla, bu qərarın verilməsi üçün kifayət qədər əsaslar var. Hazırda Promesin işi apellyasiya şikayəti mərhələsindədir.
Hücumçu keçən ay Dubayda nəzarətə götürülüb. Tezliklə o, Niderlanda təhvil verilib. Futbolçunun vəkilinin sözlərinə görə, Promes azad olunacağı təqdirdə, futbolçunun bir neçə klubdan real təklifləri var.
Bunların Dubay və Latviya komandaları olduğu vurğulanır. Promesin agenti müştərisi ilə Niderland klublarının da maraqlandığını bildirib.
Aut.az
