Neymar milliyə çağırılmasına belə reaksiya verdi – FOTO
“Santos”un hücumçusu Neymar bir il yarımdan sonra Braziliya millisinə qayıtmasına reaksiya verib.
Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində millinin Kolumbiya və Argentinaya qarşı keçirəcəyi oyunlara çağırılıb və 23 futbolçudan ibarət yekun siyahıya düşüb .
“Geri döndüyüm üçün xoşbəxtəm!” – Neymar sosial şəbəkədə milli komandanın heyətinin açıqlanmasını televiziyadan izlədiyi fotoya şərh yazıb.
Neymar sonuncu dəfə 2023-cü il oktyabrın 18-də Braziliya millisində çıxış edib. Martın 21-də Braziliya dünya çempionatının seçmə mərhələsində Kolumbiya, martın 26-da isə Argentina ilə qarşılaşacaq.

Aut.az
