“Siti” 18 yaşlı Əyyuba görə 100 milyon verir – FOTO
“Mançester Siti” Mərakeş millisinin mərkəz yarımmüdafiəçisi Əyyub Buhəddini transfer etmək istəyir.
Aut.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, İngiltərə klubu 18 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, “Siti”nin yeni baş məşqçisi Entso Mareska mərakeşlini əsas komandanın daimi oyunçusu kimi nəzərdən keçirir.
2026-cı il Dünya Kubokunda Buhəddi altı oyundan beşində start heyətində yer alıb.
Aut.az

