Digər

III MDB Oyunları: Azərbaycan stend atıcıları bürünc medal qazandı

Azərbaycanın stend atıcıları III MDB Oyunlarında bürünc medal qazanıb.

Aut.sz xəbər verir ki, azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva stend atıcılığı yarışında üçüncü olub.

Rusiyalı İlya Kuşagin və Yelizabeta Yevgrafova qızıl, qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova gümüş mükafat əldə ediblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.