Həbib yeni turnirin anonsunu etdi: Olimpiya çempionları yarışacaq
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov bir sıra tanınmış güləşçilərin iştirak edəcəyi turnirə hazırlıq barədə danışıb.
Aut.az xəbər verir ki, Nurməhəmmədov bu barədə Rusiya mətbuatına müsahibəsində deyib:
“Biz hər çəki dərəcəsində dörd nəfərdən ibarət sərbəst güləş turniri üzərində işləyirik. Bu, Abu-Dabidə olacaq və hər kateqoriyada Olimpiya və dünya çempionları çıxış edəcək. 97 kq çəki dərəcəsində biz iranlı güləşini, Kayl Snayderi, Əhməd Tacudinov və Sadulayevi bir araya gətirmək istəyirik. Yaxşı, o, haradasa güləşib-güləşməyəcəyini bilməlidir. Mənim bildiyimə görə bunu istəyir və razılıq verib.
Artıq hamıya noyabrın 20-si və 21-i üçün təkliflər etmişik. Uşaqlar məndən xahiş etdi, mən də qoşuldum. Artıq arena ilə bağlı razılığa gəldik və İdman Nazirliyi və Turizm Nazirliyi ilə hər şeyi razılaşdırdıq. Maraqlı olacaq, yaxşı mükafat fondu ilə. Sərbəst güləşdə yalnız çempionlar yaxşı pul qazanır”.
Ehtimala görə, “iranlı” dedikdə, Həbib 2025-ci il Dünya Çempionatında gümüş qazanmış güləşçi Əmir Azərpiru nəzərdə tutur.
Aut.az
