Fərid Qayıbov Avropa Oyunlarına idmançıdan çox jurnalist göndərir
Polşada keçiriləcək III Avropa Oyunlarında Azərbaycanın nümayəndə heyətinin sayı məlum olub.
Aut.az xəbər verir ki, ölkəmizi oyunlarda 86 idmançı təmsil edəcək. Eyni zamanda, 28 məşqçi 9 tibbi heyət, 26 media nümayəndəsi və 18 işçi heyət də sözügedən ölkəyə yollanacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, turnir iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.
