Azərbaycan futbolu

Musa Qurbanlı Bundesliqa klubunun hədəfində

Avstriyanın “Zalsburq” klubu “Qarabağ”ın futbolçusu Musa Qurbanlını transfer etmək niyyətindədir.

Aut.az xəbər verir ki, Bundesliqa təmsilçisi yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir və namizədlər arasında Musa Qurbanlı da var. Bu barədə “Laola1.at” məlumat yayıb.

21 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 32 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə edib.