Millmizin yarışacağı Avropa çempionatının vaxtı açıqlandı
2024-cü ildə keçiriəcək minifutbol üzrə Avropa çempionatının məkanı və vaxtı məlum olub.
Aut.az xəbər verir ki, qitə çempionatı 2024-cü il iyunun 1-dən 9-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Mirza Delibasic Arenada keçiriləcək.
Çempionatda 24 milli komanda iştirak edəcək. Onlar arasında hazırkı Avropa çempionu Azərbaycan və dünya çempionu Rumıniya komandaları da var.
İyun ayında Sarayevoda keçiriləcək yarışa italiyalı Françesko Totti və slovakiyalı Miroslav Stok kimi çoxsaylı futbol ulduzlarının da qatılacağı planlaşdırılır.
2022-ci il Avropa çempionatının finalında Azərbaycan Rumıniyanı məğlub edərək çempion olub – 1:0.
Aut.az
