Azərbaycan idmançısı BƏƏ-də “gümüş” qazandı
Azərbaycan Milli Paralimpiya Komitəsinin para atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev BƏƏ-nin Dubay şəhərində keçirilən “Dubai 2024 World Para Athletics Grand Prix” yarışında iştirak edib.
Aut.az xəbər verir ki, nüvə itələmə növündə (F55 kateqoriyasında) yarışan idmançı mükafatçılar sırasına düşüb.
Musayev 10.92 m nəticə göstərərək gümüş medal qazanıb.
