Digər

Azərbaycanın daha bir qılıncoynadanı İslamiadada medal qazandı

Azərbaycanın daha bir qılıncoynadanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Aut.az xəbər verir ki, sablya növü üzrə yarışda Polina Kaspiaroviç fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, yarımfinalda özbəkistanlı rəqibinə məğlub olmaqla bürünc medala sahib çıxıb.