İngiltərə

“Liverpul” onu cəzalandıracaq? – Səhv etmək olar, amma…

“Liverpul”un baş məşqçisi Arne Slot bildirib ki, Liqa kubokunda “Sauthempton”a qarşı keçirilən oyunda (2:1) meydandan qovulan hücumçu Uqo Ekitike cərimələnməyəcək.

Aut.az xəbər verir ki, fransız forvard matçın qalibiyyət qolunu vurduqdan sonra formanı çıxararaq sevincini qeyd edib. Həmin vaxt onun aktivində sarı vərəqə var idi. Buna görə də Ekitike ikinci xəbərdarlığını alaraq qoldan bir dəqiqə sonra meydandan qovulub.

“Uqo cərimələnməyəcək. Biz danışdıq. O, dərhal komanda yoldaşlarından üzr istədi. Bu klubda səhv etmək olar, amma bundan ötrü cərimələnməkdən qorxmaq lazım deyil. Ekitike gənc və möhtəşəm bir oğlandır”, – deyə Slot bildirib.

Qeyd edək ki, fransız hücumçu yayda “Ayntraxt”dan “Liverpul”a transfer olunub.

Aut.az