İngiltərə

Deku onun agenti ilə niyə görüşüb?

“Barselona”nın idman direktoru Deku komandanın vinger Rafinya Diasın agenti ilə görüşüb .

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş 28 yaşlı braziliyalının klubla müqaviləsinin mümkün uzadılmasına zəmin yaratmaq üçün təşkil edilib. Bununla belə, tərəflər arasında danışıqlar hələ çox erkən mərhələdədir.

Rafinya Dias “Barselona”da 2022-ci ilin yayından – 55 milyon avroya “Lids”dən alındığı vaxtdan oynayır. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bu mövsüm braziliyalı klubun heyətində 51 matçda 30 qol vurub və 22 məhsuldar ötürmə edib.

Aut.az