İngiltərə

“Siti”nin sabiq futbolçusuna hökm oxundu: Dəmir barmaqlıqlar onu gözləyir

25 yaşlı Maks Norman futbolçu karyerasına “Mançester Siti”də başlayıb. Lakin o, əsas komandada debüt etmədən “Siti”ni tərk edib. Daha sonra “Uiqan”, “Tranmere Rovers” və “Morekambe” klublarında oynayıb və 2019-cu ildə “Alanyaspor”a keçib.

Aut.az xəbər verir ki, ancaq bir neçə il əvvəl Norman futbolla vidalaşmaq qərarına gəlib. Onun butslarını asdıqdan sonra nə ilə məşğul olduğu heç kimə məlum deyildi. İngilisə qarşı son məhkəmə prosesləri bu məsələyə aydınlıq gətirib.

Son günlərdə Liverpul məhkəməsi Normanı iki ildən çox davam edən məhkəmə prosesindən sonra ondan bir sıra cinayətlərdə təqsirli bilib. Onlardan ən ciddisi isə narkotik vasitələrin saxlanması və satması olub.

Keçmiş futbolçu iki dəfə narkotik saxladığı üçün həbs edildikdən sonra polis onun evində axtarış aparmaq qərarına gəlib. Orada 60 min avro dəyərində bir neçə yüz porsiya qadağan olunmuş maddələr aşkar edilib. Telefon danışıqlarının səsyazmalarını təhlil edildikdən sonra onun nəinki narkotik vasitə saxladığı, hətta satdığı da təsdiqlənib.

Məhkəmə zamanı məlum olub ki, Normanın bir neçə cinayət də törədib. Nəticədə, ingilisin cəzasına narkotik alverindən əlavə 9 cinayətə görə 5 dəfə məhkumluq da daxil edilib.

Onun DEHB, Tourette sindromu və qalıcı kəllə-beyin travmasından əziyyət çəkdiyi də qeyd edilib. Lakin qeyd etdiyimiz problemlər ona müdafiə olunmağa kömək etməyib. Norman 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. Lakin onun məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var.