İngiltərə

Uğursuzluqdan bezib: Hər həftə özümüzü öldürürük

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqanın 30-cu turunun “Bernli” ilə matçında əldən verilmiş qələbədən (2:2) sonra fikirlərini bildirib.

Aut.az xəbər veirr ki, ingilis futbolçu komandasının vəziyyətini belə izah edib:

“Hər şey pis idi, bu baş verməməli idi. Xüsusən də rəqib azlıqda qaldığı oyunda. Soyunub-geyinmə otağında hamı depressiyadadır. Rəqib futbolçu meydandan qovulanda hesabda öndə idik, rahatlaşdıq. Hər dəfə eyni şey yaşanır. Hər həftə özümüzü öldürürük. Biz futbolçular olaraq bunu düzəltmək məcburiyyətindəyik.

Çox şanslarımız oldu. Zəif müdafiə olunduq. Çox məyusedicidir. Şəxsən iki qol vurmaq gözəldir, amma üç xalı qazanmasan, o qolların heç bir mənası yoxdur”.

Aut.az