İngiltərə

Bəd xəbəri çatdırdı: Ağır zədələnib

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bruynenin zədəsi haqda danışıb.

Aut.az xəbər verir ki, Pep onun zədəsinin ciddi olduğunu bildirib.

“De Bruynenin çox ciddi zədəsi var. Bir neçə ay oynaya bilməyəcək. Yaxın günlərdə əməliyyatla bağlı qərar verməli olacağıq. Biz Kevini bir müddət itirdik”, – “Mançester Siti”nin rəsmi saytı Qvardioladan sitat gətirib.

İngiltərənin hazırkı çempionu “Mançester Siti” Premyer Liqasının açılış matçında “Bernli”ni 3:0 hesabı ilə məğlub edib. De Bruyne bu oyunda zədələnib.

Aut.az