Sulşer tələb edir: “Real”ın sabiq ulduzu “Beşiktaş” yolunda
“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Beşiktaş”a keçə bilər.
Aut.az xəbər verir ki, Türkiyə komandasının yeni baş məşqçisi Ule Qunnar Sulşer rəhbərlikdən 32 yaşlı braziliyalının transferini istəyib.
Məşqçilər korpusunun etimadını itirən Əl Əl-Musratini Kazemiro əvəzləməlidir.
Bu mövsüm Kazemiro bütün yarışlarda klub səviyyəsində 22 oyun keçirib və 3 qol vurub. İngiltərəyə köçməzdən əvvəl “Real Madrid”in tərkibində braziliyalı 336 oyun keçirib, 31 qol vurub və 29 məhsuldar ötürmə verib.
Aut.az
