Gələcək sahib onunla məsləhətləşib plan quracaq
İngiltərənin “Mançester Yunayted” klubunun gələcək sahibi Cim Ratkliff klubun yenidən qurulmasından əvvəl “ Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonla məsləhətləşəcək.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
INEOS-un sahibi Ratkliff bir çox məsələlərdə kömək üçün klubun keçmiş məşqçisinə müraciət etməyi planlaşdırır. Mənbənin sözlərinə görə, Ferqyuson idman direktoru vəzifəsində “Kristal Pelas”dan Duqi Fridmanı bəyənir. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Fridmanla yaxşı münasibətdədir.
“Atalanta”dan Li Konqerton, Atletiko Madrid”dən Paolo Maldini , Rikki Massara və Andrea Berta da digər variantlardan hesab edilir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Ratkliffin 1,3 milyard funt sterlinqə (1,4 milyard avro) “Mançester Yunayted”in 25%-lik payını alacağı barədə xəbərlər yayılmışdı.
Aut.az
