Biliç qayıdır?
“Vest Hem” uğursuz mövsüm startından sonra baş məşqçi dəyişikliyini nəzərdən keçirir.
Aut.az xəbər verir ki, yaydan bəri komandaya rəhbərlik edən Qrem Potterin mövqeyi artıq sual altındadır.
Premyer Liqanın ilk dörd turundan sonra “çəkicdöyənlər” cəmi 3 xal toplayıb və Liqa Kubokundan da “Vulverhempton”a 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Klub rəhbərliyi alternativ variantları diqqətlə təhlil edir. Potternin mümkün varisləri arasında klubun yetirməsi Frenk Lempard və komandanın sabiq baş məşqçisi Slaven Biliçin adı çəkilir.
Xorvatiyalı mütəxəssis 2015–2017-ci illərdə “Vest Hem”ə rəhbərlik edib. O, Xorvatiya yığmasında, “Beşiktaş”, “Əl-İttihad”, “Əl-Fateh”, həmçinin İngiltərədə “Vest Bromviç” və “Uatford”, Çində isə “Beyjin Quoan” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.
Aut.az
