Pepin bu sözləri onu ümidləndirib
İngiltərə millisinin sabiq hücumçusu, hazırda futbol mütəxəssisi və teleaparıcı Qari Lineker “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın gələn yay İngiltərə millisinə rəhbərlik edə biləcəyi ilə bağlı söz-söhbəti şərh edib.
Qaret Sautqeytin istefasından sonra İngiltərə millisinin müvəqqəti baş məşqçisi vəzifəsinə əvvəllər ölkənin gənclər yığmasında çalışmış Li Karsli keçib.
Qvardiola İngiltərə yığmasını çalışdırmaq ehtimalı ilə bağlı suala cavab olaraq, gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.
Aut.az xəbər verir ki, Lineker də məhz onun bu cavabından yapışıb.
“Bir neçə gün əvvəl mətbuat konfransında Pep Qvardioladan İngiltərə yığması ilə işləməkdə maraqlı olub-olmayacağı soruşuldu. Bilirsiniz, insanların çoxu bu suala “yox” cavab verir, amma o, belə etmədi. Və bu, məni düşünməyə vadar etdi.
Düşünürəm ki, o, həqiqətən bu işlə maraqlana bilər. Həm Karslini müvəqqəti məşqçi təyin etmələri, həm də Peplə müqavilənin mövsümün sonunda başa çatması… Bunlar məni ümidli olmağa vadar edir”, – Lineker “Rest Is Football” podkastında deyib.
Aut.az
