Digər

Ulduz idmançının ayağı sındı

Məşhur fransız xizəkçisi Luka Şanava baldır sümüyündə stress qırıqları aşkarlayıb.

Aut.az xəbər verir ki, bu barədə idmançı özü “Instagram” hesabında məlumat verib.

“Pis xəbər: Həyat həmişə plan üzrə getmir. Baldır sümüyündəki stress sınığı məni müəyyən müddət məşqlərdən kənarda saxlayacaq”, – deyə o yazıb.

Şanavanın məşqlərə fasiləsinin bir neçə həftə davam edəcəyi gözlənilir. Onun 2025/26 mövsümünün Dünya Kubokunda iştirakı sual altındadır. Yarış isə noyabr 28-də start götürəcək.

30 yaşlı fransız idmançı dünyanın ən yaxşı sprinterlərindən biridir. Ötən mövsümü o, Dünya Kubokunun sprint ümumi sıralamasında dördüncü pillədə tamamlamışdı.

Aut.az