İspaniyaÇempionlar Liqası

“Real” ÇL-də rekord qırdı: Yalnız öz xeyrinə

“Real” öz xeyrinə verilən penaltilərin sayına görə Çempionlar Liqasında rekorda imza atıb.

Aut.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda Madrid komandası “Marsel”ə qalib gəlib (2:1), hər iki qolu penaltidən vurub – Kilian Mbappe iki dəfə fərqlənib.

Bütün Çempionlar Liqası tarixində “Real” 63 penalti qazanıb ki, bu da digər komandalardan daha çoxdur. Dünənki oyundan sonra onlar “Bavariya”nı (62) keçiblər.

Çempionlar Liqasında ən çox penalti vuranların siyahısında 3-cü yeri “Barselona” (56) tutur. Sonrakı pillələrdə “Mançester Siti” (37) və “Arsenal” (36) qərarlaşıb.

Aut.az