İspaniya

Gündoğan onunla barışdı

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan dünənki məşqdə mərkəz müdafiəçisi Ronald Arauxoya onun haqqında işlətdiyi tənqidi fikirlərini izah edib.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Mənbənin məlumatına görə, alman futbolçu Arauxoya deyib ki, o, bu sözləri sadəcə oyunun gedişatı haqda danışdığı və aydın şəkildə qoyulan suala cavab verdiyi üçün deyib. Baş verən vəziyyətlə əlaqədar futbolçular arasında gərginliyin olmadığı vurğulanır.

Xatırladaq ki, Arauxo PSJ ilə oyunda son ümid foluna əl atdığı üçün birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. Gündoğan isə oyundan sonra bildirmişdi ki, komandanı azlıqda qalması məğlubiyyətin əsas səbəbi olub.

Aut.az