İspaniya

Qrizmannla bağlı “Atletiko”dan rəsmi açıqlama: Qalır, yoxsa…

“Atletiko Madrid”in direktoru Mateu Alemani hücumçu Antuan Qrizmannın karyerasını İspaniya klubunda davam etdirəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini “The Athletic” nəşri yayıb.

Alemani “Real Sosyedad”la oyundan (3:2) əvvəl verdiyi açıqlamada qüvvədə olan müqavilənin mövcudluğunu və oyunçunu saxlamaq istədiklərini qeyd edib.

“O, Qrizmanndır, əfsanədir. Həmişəki kimi onu alqışlayacaqlar. Bizimlə müqaviləsi var və bizimlə qalacaq.

O, inanılmaz nəticələr göstərir və bu, ən vacib şeydir. Bizimlə qalacaq, bizimlə davam edəcək və başqa heç nə”.

Qrizmann bu mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib, 6 liqa oyununda start heyətində yer alıb.

Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. O, “Atletiko”da olduğu müddətdə 484 oyunda 210 qol vurub.

Aut.az