“Benfika” baş məşqçini QOVDU
Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Aut.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftə sonunadək yeni baş məşqçinin təyin ediləcəyini bildirib.
Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
Aut.az
