İtaliya

Alleqrinin cəzası açıqlandı

“Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin cəzası açıqlanıb.

Aut.az xəbər verir ki, “Bolonya” ilə oyunun son dəqiqələrində meydandan qovulan mütəxəssis bir turluq diskvalifikasiya olunub və 10 min avro cərimə ödəyəcək. Bu barədə “Il Corriere dello Sport” məlumat yayıb.

Bunun nəticəsində Alleqri sentyabr 20-də səfərdə keçiriləcək “Udineze” ilə A Seriyası oyununda komandasının başında olmayacaq.

Bundan əlavə, o, sentyabrın 23-də “Lecce”yə qarşı İtaliya Kubokunda da iştirak edə bilməyəcək. Bu, Alleqrinin “Yuventus”da çalışdığı dövrdə həmin turnirdə yol verdiyi əvvəlki qayda pozuntuları ilə əlaqədardır.

Aut.az