Futbolçuya kəllə atan məşqçini qovdular
Bazar günü A Seriyasının oyununda “Leççe”nin baş məşqçi Roberto D’Aversanın “Verona”nın hücumçusu Tomas Henriyə kəllə atdığı barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, klub rəhbərliyi təcavüzkar məşqçini istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Leççe” – “Verona” matçının sonunda baş verən insidentlərdən sonra baş məşqçi Roberto D’Aversa ilə yolları ayırmağa qərar verdik. Məşqçiyə və onun heyətinə əməyinə görə təşəkkür edirik”, – məlumatda deyilir.
Aut.az
