İngiltərə

Qalmaqallı futbolçu qərarını verdi: Mövsümün sonunda gedir

Yarımmüdafiəçi Lukas Paketa mövsümün sonunda “Vest Hem”dən ayrılacağını açıqlayıb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Bu, səni qəbul edənlər, səni qınamayanlar, son ana qədər sənə inananlar haqqında seçimdir. Bu, yalnız hər şeyə sahib olanda deyil, hər şeyi itirəndə də sadiq qalmaq haqqındadır. İndi vida vaxtı deyil. Gəlin son mövsümü birlikdə keçirək”.

Xatırladaq ki, iyulun 31-də Paketanın qanunsuz mərclərlə bağlı işdə bəraət alıb. FA futbolçu üçün maksimal cəza ömürlük diskvalifikasiya tələb etsə də, o, günahsız sayılıb.