Azərbaycan futbolu

AFFA millinin baş məşqçisi ilə bağlı qərar verdi: Yerli, yoxsa…

AFFA portuqaliyalı mütəxəssis Fernandu Santuşun istefasından sonra Azərbaycan milli komandasının boş qalan baş məşqçi postu ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, assosiasiya rəhbərliyi yığmanın “sükanı”nı müvəqqəti olaraq yerli məşqçiyə tapşıracaq. Milli seçmə mərhələdə 6 oyundan 2-ni keçirib. Digər 4 qarşılaşmada əcnəbi mütəxəssisə güvənməyin risk olduğu qənaətinə gəlinib.

Lakin komandaya rəhbərlik edəcək şəxslə bağlı hələ qərar verilməyib. Ukrayna ilə oyunda yığmanı meydana çıxaran Ayxan Abbasov nəzərdən keçirilsə də, AFFA-nın alternativ variantları da var.

Qeyd edək ki, Azərbaycan millsi oktyabrın 10-da Fransanın, 3 gün sonra isə Ukraynanın qonağı olacaq. Son 2 qarşılaşma isə noyabrda Bakıda keçiriləcək