Siyasi hadisələr bizdən daha böyükdür: İsrail-HƏMAS münaqişəsi haqda
Canluici Donnarumma İsraillə HƏMAS arasındakı münaqişədən danışıb.
Aut.az xəbər verir ki, İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İsrail yığması ilə qarşılaşacaq .
“Bu yaxınlarda ata oldum və bəzi görüntüləri görmək, bəzi xəbərləri eşitmək məni incidir. Bu vəziyyət bizdən də böyükdür.
Mən buna girmək istəmirəm, biz futbol oynamaq istəyirik.
Biz sülhü geri qaytarmaq istəyirik – belə vəziyyətləri görmək ağrılıdır, lakin bəzi siyasi hadisələr bizdən daha böyükdür”, – italiyalı qapıçı mətbuat konfransında deyib.
Aut.az
