Balotellidən İtaliyanın uğursuzluğuna reaksiya: Telefonlarda oynayırlar
İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli yığmanın bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməməsinə reaksiya verib.
İtaliya pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlub olub.
Aut.az xəbər verir ki, insayder Nikolo Şira Balotellinin sözlərini sitat gətirib:
“İtaliyasız üçüncü dəfə ardıcıl Dünya Kuboku? Milli komandaya olan sevgimi indi bir çox oyunçuda görmürəm. Gənclər futbol oynamaqdansa telefonlarında oynamağa üstünlük verirlər. Buna görə də yeni istedadları kəşf etmək və inkişaf etdirmək çox çətinləşir”.
Aut.az
